Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Azərbaycanda dənizkənarı kurortlar



Unikal yumşaq iqlimi sayəsində Xəzər dənizi sahillərində il boyu istirahət etmək mümkündür. May ayından başlayaraq sentyabrın sonuna qədər burada çimmək və günəş altında qaralmaq olar. Bu cür unikal şərait sayəsində Xəzər sahilləri məhşur turizm yerinə çevrilib. Hal-hazırda bu yerdə onlarla komfortlu rahat otellər və sanatoriyalar inşa edilib və burada hər kəs öz zövqünə uyğun istirahət tapa bilər.


BAKİ VƏ ABŞERON (6 otellər)           NABRAN (3 otellər)

Bakı və Abşeron

Abşeron yarımadasının ərazisində subtropik iqlim üstünlük təşkil edir. Bu səbəbdən Bakıda qış həmişə qısa və mülayim, yay isə isti və uzun keçir. Bakının İtaliya və Yunanıstanla eyni coğrafi enlikdə yerləşməsinə baxmayaraq, burada daha az yağıntı miqdarı müşahidə olunur, orta illik tempratur isə Bakıda bir qədər yüksəkdir.

JUMEIRAH BILGAH BEACH HOTEL

      
Jumeirah Bilgah Beach Hotel Bakının mərkəzindən yarım saatlıq məsafədə yerləşir. Otel Xəzər dənizinin mənzərəli gözəl sahilində yer alır. Bura ailəvi istirahət və biznes görüşmələri üçün həqiqətən ideal yerdir. Burada Sizə tam dəyərli istirahət və səmərəli iş üçün lazım olan hər cür xidmət təklif ediləcəkdir.

  Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


SEA BREEZE 5*

      

Sea Breezе Avropa infrastrukturasına sahib olan, Bakıdan yarım saatlıq məsafədə, hava limanından isə 10 km aralıqda yerləşən elit kottec qəsəbəsidir. Burada Siz komfortlu kotteclər, rahat taun-hauslar və premium apart-otel tapacaqsız. Kompleksin hər nöqtəsindən Xəzər dənizinə heyranedici mənzərə açılır.

  Foto və təsvir      Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


AF HOTEL

      
«AF Hotel & Aqua Park» tam dəyərli ailəvi istirahət etmək üçün xüsusi olaraq yaradılmışdır. Turizm kompleksinin yerləşdiyi yer ideal ailəvi istirahət etməyə zəmanət verir. Burada Siz həm təmiz dəniz havasından, həm də ucsuz-bucaqsız gözəl su mənzərələrindən zövq alacaqsınız. Əbəs yerə deyil ki, bura Qafqazın ən qiymətli və toxunulmaz yerlərdən biri hesab olunur.

   Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


RAMADA BAKU BEACH HOTEL

      
“Ramada” oteli hündür mövqedə və çimərlikdən cəmi bir neçə addımlıqda yerləşir. Ailəvi istirahət etmək və işgüzar danışıqlar aparmaq üçün bundan yaxşı yer tapmaq çətindir. Otel özəl çimərliyə malikdir və yaxtaların yan alması üçün körpü ilə də təchiz olunub. Eyni zamanda burada qapalı və açıq hovuzlar, müasir fitnes mərkəzi də qonaqların xidmətindədir.

  Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


THE CRESCENT BEACH HOTEL

       Crescent Beach&Leisure Resort oteli hər şeydən əvvəl onunla cəzbedicidir ki, otel Xəzər dənizi sahilində yerləşən ümumilikdə uzunluğu 400m olan özəl çimərliyə sahibdir. Çimərlik şezlonqlarla və müxtəlif içkilər təklif edən barla təchiz edilib və bu da onu otelin qonaqları üçün çox rahat edir.

  Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


KHAZAR GOLDEN BEACH HOTEL & RESORT

      
Khazar Golden Beach kurort otel Xəzər dənizinin tam sahilində yerləşir. Otel Bakı şəhərinin dəmiryolu vağzalından cəmi 35 km məsafədədir. Hava limanına isə Siz avtomobillə cəmi 10 dəqiqəyə çata bilərsiz. Kurort otel öz qonaqlarına açıq və ya qapalı hovuzda, tennis kortunda və ya özəl çimərlikdə istirahət etməyi təklif edir.

   Foto və təsvir      Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


Nabran

Üzümlüklərin və mənzərəli bağların əhatəsində, Xəzər dənizinin tam sahilində gözəl qəsəbə, Nabran yerləşir. Bura turistlər üçün əsl cənnətdir. Burada bir çox müxtəlif rahat otellər, mineral bulaqlar və unikal mühafizə olunan qədim meşələr vardır. Burada Siz təmiz çimərliklərdən və inanılmaz mənzərələrdən həzz ala bilərsiz. Bundan başqa, yaz ayından başlayaraq bu yerdə təbii, ekoloji təmiz otlar, meyvə və tərəvəzlər yetişməyə başlayır.

Nabran öz qonaqlarına cürbəcür rahat kafelər, nəfis restoranlar və  müxtəlif əyləncə proqramlı gecə klubları da təklif edir.

Qədim meşələrdə və təmiz Nabran çimərliklərində gəzərkən Siz əla istirahət etməklə yanaşı, həm də öz sağlamlığınızı bərpa edə biləcəksiz. Hər il bura unikal landşaft, ideal iqlim və dəniz suyundan ötrü yüzlərlə turist gəlməktədir. Duz, qum və günəş vannaları gözəl ekologiya ilə bir araya gələrək misilsiz müalicəvi təsir göstərir. Bura yalnız məzuniyyət zamanı quru və isti yay günlərindən həzz almaq üçün deyil, həm də sadəcə istirahət və bazar günlərində gəlirlər.

Nabranda şən və faydalı istirahət üçün hər şey mövcuddur. Burada Sizi məmnuniyyətlə çoxsaylı istirahət düşərgələrində və otellərdə yerləşdirəcəklər. Bunlarına arasında ən məhşurları Atlant, Palma və Caspian Sea Resortdur. Qəsəbə ərazisində Siz çoxsaylı istirahət mərkəzləri, kafe, cürbəcür proqramlara malik olan gecə klubları və bir çox rahat restoran tapacaqsız.

ATLANT

      
Nabran şəhərində, Xəzər dənizinin tam sahilində “Atlant” kurort oteli yerləşir. Otelin qonaqlarını möhtəşəm təbiət landşaftı, inanılmaz təmiz hava, zəngin meşə və dəniz mənzərələri gözləyir. Toxunulmamış təbiət oteldə mövcud olan müasir interyer və yüksək səviyyəli xidmət ilə çox maraqlı təzad təşkil edir.

  Foto və təsvir       Yerləşdirmə variantları və qiymətlər                        REZERVASİYA


PALMA

      
“Palma” turizm kompleksi tam dəyərli istirahət etmək üçün heyranedici yerdir. Kompleks Azərbaycanın ən gözəl yerlərindən biri olan Nabran şəhərinin yaxınlığında, Xəzər dənizinin tam sahilində yerləşir. 6,5 hektar əraziyə sahib olan otelin bir hektarlıq sahəsində əsl təbii meşə yerləşir. Meşə unikal ağac növlərindən ibarətdir və öz təkrarolunmaz gözəlliyi ilə seçilir.

  Foto və təsvir       Yerləşdirmə variantları və qiymətlər                        REZERVASİYA


CASPIAN SEA RESORT

      
Nabran şəhərində dəniz sahilinin ən gözəl otellərindən biri olan Caspian Sea oteli yerləşir. Oteldən cəmi otuz metr məsafədə Xəzər dənizinin dalğaları ləpələnir. Caspian Sea oteli öz qonaqlarına tam pansion sistemi üzrə xidmət təklif edir. Bura gündə üç dəfə yemək və həmçinin, badminton, mini fubol, stolüstü tennis, bilyard da olmaq üzrə əyləncə proqlamları daxildir.
   Foto və təsvir       Yerləşdirmə variantları və qiymətlər                        REZERVASİYA