Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

JUMEIRAH BILGAH BEACH HOTEL

Rayon:
Azərbaycan
Bakı
Xüsusiyyətlər
  • Təsvir:

     

    JUMEIRA BILGAH BEACH HOTEL Bakının mərkəzindən yarım saatlıq məsafədə yerləşir. Otel Xəzər dənizinin mənzərəli gözəl sahilində yer alır. Bura ailəvi istirahət və biznes görüşmələri üçün həqiqətən ideal yerdir. Burada Sizə tam dəyərli istirahət və səmərəli iş üçün lazım olan hər cür xidmət təklif ediləcəkdir. Otel möhtəşəm toy mərasimi ve korporativ bayram tədbirləri keçirmək üçün 600 nəfərlik banket zalına da malikdir. Eyni zamanda otelin ərazisində Sizin ailənizin zövqünə mütləq şəkildə uyğun olacaq akvapark da vardır.

    JUMEIRA BILGAH BEACH HOTEL öz qonaqlarına açıq və qapalı hovuzlar, peşəkar SPA mərkəzi, pulsuz Wi-fi və rahat avtomobil dayanacağı təklif edir.

    Otel ərazisində Siz cürbəcür çeşidli mətbəxə sahib olan restoranlar tapacaqsınız. Burada həm Avropa, həm də Azərbaycan mətbəxinin təamlarının dadına baxmaq mümkündür. Eyni zamanda Sizi canlı müsiqiyə sahib olan və açıq havada yerləşən barlar da gözləyir. Waterpark kafesi qonaqlara daima sərinləşdirici içkilər təklif etməyə hazırdır. Cürbəcür yeməklər təklif edən restoranlar Sizi xoş bir şəkildə heyrətləndirəcəkdir. Siz kompleksin damında Asiya mətbəxinin təamlarının dadına baxa, pirsdə dəniz məhsullarından həzz ala və qayanın başında isə kokteyllərlə istirahətinizə əyləncə qata bilərsiniz.

    Sağlam həyat tərzinə qiymət verən qonaqlar üçün oteldə fitnes zalı və meditasiya üçün xüsusi otaq da vardır. Qonaqlar şübhəsiz ki hovuzlu türk hamamına və termal qızdırılan vannalara da qiymət verəcəklər. İdman həvəskarları üçün oteldə basketbol, mini futbol meydançaları və tennis kortları da vardır. Uşaqları isə akvoparkda gözəl vaxt keçirmək gözləyir.

    JUMEIRA BILGAH BEACH HOTEL qonaqlara müxtəlif mənzərəli otaqlar təklif edir və bu otaqlardan Siz Xəzər dənizinin unudulmaz mənzərələrinə baxıb zövq ala biləcəksiniz. Eyni zamanda otel bir neçə yataq otağına malik olan komfortlu rahat kotteclər də təklif edir.

    İnanılmaz bağlara, hovuzlara, möhtəşəm interyerlərə, hamamlara, SPA mərkəzinə və nəfis restoranlara malik olan JUMEIRA BILGAH BEACH HOTEL otelinin cah-calal aləmini özünüz üçün kəşf edin. Burada hər kəs öz könlünə uyğun istirahət tapacaq.

    Otel Heydər Əliyev Beynəlxalq Hava Limanından 11 km məsafədə yerləşir.

  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

  • Əsas