Azərbaycan ta qədim zamanlardan öz unikal kurortları, zəngin müalicəvi ehtiyatları ilə məhşurdur. Hər il iki milyon insan bura istirahət etmək və eyni zamanda öz sağlamlığını bərpa etmək üçün gəlir. Dəniz suyu, günəş vannaları, dağ iqlimi və Azərbaycanın bir çox başqa təbiət amilləri çoxsaylı xəstəliklərin müalicəsi və profilaktikasında təsirli gücə malikdir.
Azərbaycanda 200-dən artıq mineral bulaq vardır ki, onlar keyfiyyət və tərkibi baxımından beynəlxalq kurortların dünyaca məhşur sularından heç də geri qalmır. Ancaq, bu günəşli diyarın əsas fəxri və zənginliyi möcüzəli xüsusiyyətlərə malik unikal müalicəvi neft olan naftalandır. Həkimlər naftalanın həqiqətən hədsiz imkanlarını tədqiq etməkdə davam edir və onun yeni-yeni müalicəvi keyfiyyətlərini aşkar edirlər.
Naftalan kurortu dünyada yeganə müalicəvi naftalan nefti yatağıdır və kurort, burada sağlamlıq və uzun ömür qazanan minlərcə turisti özünə cəzb edir.
Hələ 1970-ci ildə SSRİ hökümətinin qərarı ilə Abşeron yarımadasının kurortları və Naftalan ümumittifaq əhəmiyətli kurortlar siyahısına daxil edilmişdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə kurort işinin inkişafı yeni mərhələyə qədəm qoydu. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan kurortları” Dövlət proqramını təsdiq edərək milli kurortların bərpasına yeni təkan vermişdir.
Son illər kurort və turizm sahəsinin inkişafına Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən böyük diqqət yetirilməkdədir. Azərbaycanın şəhərlərində, kurort bölgələrində, dağlarda və Xəzər dənizi sahillərində müasir infrakstruktur yaradılmış, onlarca beynəlxalq səviyyəli otel inşa edilmiş, burada ümumdünya otel şəbəkələri öz otellərini açmış, gözəl akvaparklar və geniş istirahət zonaları salınmışdır. Ölkə ərazisində ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Bundan əlavə, yeni rahat avtobus marşrutları açılmış, Bakının şəhərətrafı qəsəbələrinə isə yeni dəniz portu salınmaqdadır.
Qəbələ, Quba, Şəki, Şamaxı kimi mənzərəli guşələrdə ölkənin qədim mədəniyyəti ilə tanış olmaq və təbiətin qoynunda hər cür rahat şəraitdə istirahət etmək mümkündür. Dağ xizəkçiliyi həvəskarlarını isə
Şahdağın qarla örtülü zirvələri özünə cəlb edir.
Bakıda, Abşeronda və
Nabranda ilıq dəniz suyundan və Xəzər dənizinin ucsuz-bucaqsız qumlu çimərliklərdən həzz almaq olar. Sivilizasiyanın səs-küyündən uzaq olaraq istirahət etmək, təmiz dağ havasından nəfəs almaq, əzəmətli dağ mənzərələrindən, gur çaylardan və gurultulu şəlalələrdən həzz almaq istəyən turistlər üçün isə
Lerik ideal bir yerdir.
Hal-hazırda Azərbaycan turistlər üçün əsl kurort cənnətinə çevrilmişdir və bu səbəbədən də təəccüblü deyil ki, hətta ən tələbkar turistlər belə burada bir dəfə olduqdan sonra bura təkrar-təkrar gəlməyə davam edir.