Bakı ilə arasında məsafə
|
305 km
|
Əhalisi
|
175,7 min nəfər
|
Nə ilə getmək olar
|
Avtonəqliyyat: Bakı-Şəki avtobusları;
Qatar: Bakı-Bərdə-Balakən – 8 saat
|
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq
respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray
memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan
Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ
doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə də olsun
mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr
(milli mozaika) isə Venesiyadan gətirilmişdi.
Şəki rayonunda çoxlu
maraqlı tarixi abidələr var. Şəhərin şimalında bir zamanlar alınmaz
qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları
durur. Ticarəti ilə tanınan Şəkidə xeyli sayda karvansaralar mövcud
olub və onlardan ikisi - XVIII əsrdə tikilən Yuxarı və Aşağı
karvansaralar bu günümüzə qədər saxlanılıb. Kiş kəndində yerləşən Alban
məbədini (I-II əsrlər) qeyd etməmək olmaz, tanınmış norveçli Tur
Xeyerdal burada bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq
kənddə onun büstu quraşdırılmışdır. Nəhayət, Şəki ağızda əriyən
paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər),
həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan
xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb.
Turistlər həm də bu yaxınlarda yenilənmiş və təkmilləşdirilmiş Şəki Olimpiya Kompleksində də qala bilərlər. Kompleksin Oteli də həyətində bir və ikimərtəbəli kotteclərin olduğu ikimərtəbəli binadan ibarətdir. Otel və kotteclər yaxşı tərtib olunmuş, mərkəzi kondisioner və havalandırma sistemləri ilə təchiz edilmişdir. Örtülü hovuz, bilyard, stolüstü tennis, tennis, sauna, akvapark, uşaqlar üçün oyun zalı və sairləri qonaqların ixtiyarına verilmişdir. Otelin təqdim etdiyi xidmətlərin keyfiyyəti və çeşidi 5 ulduzlu standartlara uyğundur.
Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.
Şəkidə kurort otelləri
- Sheki Palace Hotel
-
Sheki Saray Hotel