Təbiət qoynunda istirahət
    
 
						
							
						
							
								
    
        Təbiət qoynunda istirahət
    
							
							
							
								

Azərbaycan həqiqətən unikal təbiəti ilə öyünə bilər. Ölkəmiz dünyada mövcud olan on iqlim qurşağının doqquzunda yer almaqdadır. Burada bütün yer kürəsini kiçik səyahət etmək və səyahət zamanı şəlalələrə və çaylara, mineral bulaqlara rast gəlmək olar.
Təccüblü deyil ki, Azərbaycana yeni təəssüratlar axtarışında olan, sivilizasiya tərəfindən toxunulmamış təbiət görmək, bu yerlərin heyrətamiz gözəlliyi, yerli əhalinin yaşayış tərzi və adətləri ilə tanış olmaq, təmiz şəfalı hava ilə nəfəs almaq istəyən hətta ən tələbkar turistlər belə gəlməkdədir. Böyük əhəmiyyətə malik amillərdən biri də odur ki, ölkədə yaxşı yollar, komfortlu rahat otellər və turizm düşərgələri də daxil olmaqla əla infrastruktur yaradılmışdır.
QUBA       QƏBƏLƏ       ŞƏKİ      ŞAMAXİ       LERİK    
    
        
                                                              
             | 
            Bakı ilə arasında məsafə - в
            168 км. 
             
            Yerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biridir.  Uyğun mövqeyi (Bakıdan 168 km aralıda yerləşir) və zəngin infrastrukturu sayəsində Quba rayonu turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş,  coşqun axan   Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, «Azərbaycanın təbii abidələri» siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi qonaqların  sevimli istirahət yerləridir.  
            Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açmağa davam edir. 
             
             | 
        
    
Qubada kurort otellər
    - Quba olimpiya kompleksi
     
    
    
    - 
    Jannat Bagi oteli
     
    
    
    - 
    Long Forest Resort
     
    
    
    - 
    Rixos Quba oteli
 
    
    
    - 
    Terrace Guba oteli
     
    
    
    - 
    Berpa Spa istirahət mərkəzi
    
     
    
        
                                               
             | 
             
            Bakı ilə arasında məsafə - 225 км. 
             
            Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir.
            Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı
            olmuşdur.   Antik şəhərin qalıqları və Qafqaz Albaniyasının əsas
            qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid
            çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş
            infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə 5
            ulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm
            bazaları fəaliyyət göstərir. Görməli yerlər arasında - Rus meşəsi, çay
            vadiləri, məşhur şabalıd meşəsi, çoxlu sayda mənzərəli kəndlər var. 
            Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini
            xüsusilə qeyd etmək lazımdır.  
            
             | 
        
    
Quşla bol olan meşələr mövsüm zamanı 
ovçuları bura cəlb edir. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq
səma altında  ən iri attraksion parkı Gabaland də  Qəbələdə yerləşir.
Şəhərdə həmçinin hər il təşkil olunan  və dünyanın müxtəlif ölkələrinin 
orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın
Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman
holland nişanı  altında pianino istehsalı üzrə fabrik  məhz Qəbələdə
fəaliyyət göstərir. 
Qəbələdə kurort otellər
Şəki
    
        
                                      
             | 
             
            Bakı ilə arasında məsafə - 305 км. 
             
            
            Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq
            respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray 
            memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan
            Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ
            doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə  də olsun
            mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr
            (milli mozaika) isə Venesiyadan gətirilmişdi.  
            Şəki rayonunda çoxlu
             maraqlı tarixi abidələr var.  Şəhərin şimalında bir zamanlar alınmaz
            qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları
            durur. Ticarəti ilə tanınan Şəkidə xeyli sayda karvansaralar  mövcud
            olub və onlardan ikisi  - XVIII əsrdə tikilən Yuxarı və Aşağı
            karvansaralar bu günümüzə qədər saxlanılıb.  
             
            
             | 
        
    
Kiş kəndində yerləşən Alban
məbədini (I-II əsrlər) qeyd etməmək olmaz,   tanınmış norveçli Tur
Xeyerdal  burada bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq
kənddə onun büstu quraşdırılmışdır.
Nəhayət, Şəki ağızda əriyən paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb.
Turistlər həm də bu yaxınlarda yenilənmiş və təkmilləşdirilmiş Şəki Olimpiya Kompleksində də qala bilərlər. Kompleksin Oteli də həyətində bir və ikimərtəbəli kotteclərin olduğu ikimərtəbəli binadan ibarətdir. Otel və kotteclər yaxşı tərtib olunmuş, mərkəzi kondisioner və havalandırma sistemləri ilə təchiz edilmişdir. Örtülü hovuz, bilyard, stolüstü tennis, tennis, sauna, akvapark, uşaqlar üçün oyun zalı və sairləri qonaqların ixtiyarına verilmişdir. Otelin təqdim etdiyi xidmətlərin keyfiyyəti və çeşidi 5 ulduzlu standartlara uyğundur.
Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.
Şəkidə kurort otellər
Şamaxi
    
        
                                   
             | 
             
            Bakı ilə arasında məsafə - 135 км 
             
            Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim
            eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının
            paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən
            biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının
            mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın). 
            Şamaxı torpaqlarının təbii şəraiti insanları qədim zamanlardan cəlb
            edirdi. Unikal təbiət, mülayim iqlim, mineral bulaqlar rayona xüsusi
            gözəllik verir. Burada iqlim mülayimdir. Yaylada olan palıd, fıstıq və
            vələs meşələri, yaşıl sahələr və kollar, göz oxşayan yaşıl çəmənlər bu
            yerlərə misilsiz gözəllik verir. Burada 50 növdən çox dərman bitkiləri
            yetişir. Meşələrin zəngin təbiəti burada vəhşi heyvanların və quşların,
            məsələn, cüyür, qaban, ayı, vəhşi pişiklərin yaşaması üçün əlverişli
            şərait yaradır. 
            
             | 
        
    
Bu diyar ilin bütün fəsillərində çoxlu turist və istirahət edənləri cəlb edir.
Turistlərin daha çox ziyarət etdikləri yer rayon mərkəzindən 22 km
məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu
qəsəbəsidir. Burada qışda xizək idmanı üçün və yayda at belində gəzinti
üçün bütün şəraitlər vardır. “Qırxbulaq” adlı tanınmış yerdə çoxlu sayda
bulaq mövcuddur. Rayonun gözəl təbiətinin mühafizəsi məqsədilə burada
ərazisi 1521 ha təşkil edən Pirqulu qoruğu yaradılmışdır.
 
Bu günlərin Şamaxısı həm də şərabçılıq və xalçaçılığın tanınmış
mərkəzidir. Rayon həm şərab zavodlarında, həm də ayrı-ayrı fərdi
təsərrüfatlarda hazırlanmış gözəl şərabları ilə məşhurdur. Şamaxı
şərabının süfrə və desert növləri beynəlxalq sərgilərdə çoxlu medal və
diplomlara layiq görülmüşdür. 
Turistlər məşhur “Şirvan”,
“Qobustan”, “Şamaxı”, “İsrafil” , “Ərcimən” xalçalarını toxuyan
ustalarla Şamaxının düzənlik hissəsində, Cəngi kəndində tanış ola
bilərlər. Çoban ailələrində isə milli ornamentlərlə bəzədilmiş rəngli
yun corablar toxunur.
Bir sözlə, Şamaxı ən böyük diqqətə layiq yerdir.
Şamaxidə kurort otellər
    
        
                        
             | 
            Bakı ilə arasında məsafə - 325 км 
            
            
            
             
            Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik
            rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik
            mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən,
            əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü
            şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə
            Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı
             yüzdən artıq olan  onlarla adamın həyatı haqqında sənədlərin
            saxlanıldığı yerdir  və ola bilsin ki, dünyada yeganə uzunömürlülər
            Muzeyi də burada yerləşir. Lerikin ən qocaman sakini Şirəli Müslimovun
            1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin
            hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan
            yaşayır.  
            
            
             | 
        
    
Lerikin tanınmış təbii istirahət zonaları Bülüdül (rayon mərkəzindən
20 km məsafədə) və Zəriqaladır (17 km). burada çox dadlı suyu olan
bulaqlar mövcuddur. Meşələrdə və Lerik çayının sahili boyu qaban,
dovşan, tülkü, kəklik və ördək ovu üçün şərait vardır. Daş meşələrin
keçilməz guşələrində bəbir yaşayır. Hal hazırda bu nadir heyvanın
mühafizəsi üzrə elmi proqram fəaliyyət göstərir.
Lerikdə yerli sakinlərin mənzillərində, habelə Lənkərandan Lerikə
gedən yolboyu çoxsaylı istirahət zonalarında dayanmaq olar. Onlardan
daha çox tanınanı Relax Hotel and Resort, “Şəlalə” və “Meşəçi”dir.
Lerikdə çoxsaylı qəlyanaltı və kababxanalarda qəlyanaltı, nahar etmək və
sadəcə olaraq xoş təamlı yeməklərin dadına baxmaq mümkündür və onlardan
ən çox tanınanı “Xəyal” restoranıdır. Burada Siz xoş, səmimi şəraitdə
ənənəvi Azərbaycan yeməklərinin dadına baxa bilər və yorğunluğunuzu ala
bilərsiniz.
Bir də, yeri gəlmişkən, “YouTube”da milyonlarla baxış toplamış və
onun müəllifləri Rüstəmov qardaşlarını məşhurlaşdırmış “Davay, do
svidaniə” klipi məhz Lerikdə çəkilmişdir.
Lerikdə kurort bazalar