Qəbələ şəhərində möhtəşəm Qafqaz Karvansaray oteli yerləşir. Burada qonaqlar üçün iki sauna, iki türk hamamı və iki buxar hamamı ilə təchiz edilmiş müasir SPA mərkəzi fəaliyyət göstərir. Oteldə qapalı hovuz və bərbərxana da vardır.
Hər səhər otelin qonaqlarını “isveç stolu” formatında səhər yeməyi gözləyir. Restoranın peşəkar aşpazları isə qonaqlara hər zaman nəfis yeməklər təklif etməyə hazırdır.
Otelin bütün otaqları klassik üslubda tərtib edilib. Burada qonaqları müasir televizior, mini bar, rahat vanna otaqları gözləyir.
Oteldə konfransların, banketlərin və iclasların keçirilməsi üçün xüsusi olaraq avadanlıqla təchiz edilmiş zallar mövcuddur. Bundan əlavə, otelin ərazisində bar, bağ və mühafizə olunan avtomobil dayanacağı da vardır.
Otelin gecə-gündüz çalışan qeydiyyat şöbəsində hər an qonaqlar hava limanından və ya əksinə, hava limanına transfer xidməti sifariş edə bilərlər. Bundan başqa, oteldə pulsuz Wi-fi da çalışır.
Otelin yaxınlığında şəhərin çoxsaylı diqqətəlayiq yerləri, həmçinin Cümə məscidi və ticarət mərkəzi yerləşir. Oteldən hava limanına qədər olan məsafə 22 kilometr təşkil edir.