Bakı ilə arasında məsafə
|
325 km
|
Əhalisi
|
77,5 min nəfərdir
|
Nə ilə getmək olar
|
Avtonəqliyyat: Lənkəran-Lerik reys avtobusları, Bakı-Lerik reys avtobusları – 9 saat.
|
Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik
rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik
mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən,
əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü
şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə
Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı
yüzdən artıq olan onlarla adamın həyatı haqqında sənədlərin
saxlanıldığı yerdir və ola bilsin ki, dünyada yeganə uzunömürlülər
Muzeyi də burada yerləşir. Lerikin ən qocaman sakini Şirəli Müslimovun
1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin
hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan
yaşayır. Azərbaycanın da ən qocaman sakini Lerikdə yaşayır. onun artıq
115 yaşı, 8 uşağı, 80 nəvəsi, 60 nəticəsi və 8 kötükçəsi var.
Lerikin tanınmış təbii istirahət zonaları Bülüdül (rayon mərkəzindən
20 km məsafədə) və Zəriqaladır (17 km). burada çox dadlı suyu olan
bulaqlar mövcuddur. Meşələrdə və Lerik çayının sahili boyu qaban,
dovşan, tülkü, kəklik və ördək ovu üçün şərait vardır. Daş meşələrin
keçilməz guşələrində bəbir yaşayır. Hal hazırda bu nadir heyvanın
mühafizəsi üzrə elmi proqram fəaliyyət göstərir.
Lerikdə yerli sakinlərin mənzillərində, habelə Lənkərandan Lerikə
gedən yolboyu çoxsaylı istirahət zonalarında dayanmaq olar. Onlardan
daha çox tanınanı Relax Hotel and Resort, “Şəlalə” və “Meşəçi”dir.
Lerikdə çoxsaylı qəlyanaltı və kababxanalarda qəlyanaltı, nahar etmək və
sadəcə olaraq xoş təamlı yeməklərin dadına baxmaq mümkündür və onlardan
ən çox tanınanı “Xəyal” restoranıdır. Burada Siz xoş, səmimi şəraitdə
ənənəvi Azərbaycan yeməklərinin dadına baxa bilər və yorğunluğunuzu ala
bilərsiniz.
Bir də, yeri gəlmişkən, “YouTube”da milyonlarla baxış toplamış və
onun müəllifləri Rüstəmov qardaşlarını məşhurlaşdırmış “Davay, do
svidaniə” klipi məhz Lerikdə çəkilmişdir.
Lerikdə istirahət zonaları