Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Bronu necə əldə etmək?

Bizim onlayn rezervasiya sisteminin üstünlükləri:

bir saytda Azərbaycanın bütün otel və sanatoriyalarının müqayisəsi, qiymətlərinin hesablanması və rezervasiya edilmə imkanları;
otaqların, sanatoriya və kurortların rəsmi qiymətləri ilə, heç bir qiymət artırma olmadan, rezervasiyası;
bir çox halda İLKİN ÖDƏNİŞSİZ və KREDİT KARTSIZ rezervasiyalar. Bu halda ödənişlər gəliş zamanı bir başa oteldə aparılır; 
daimi müştərilər üçün endirim və aksiyalar;
rezervasiyanın cərimə olmadan ləğvi.


Otaqların rezervasiyası

1-ci addım – Formanı doldurun
“Onlayn rezervasiya” formasını doldurun: müvafiq xanalara sanatoriyada planlaşdırdığınız qalma tarixlərini, uşaq və böyüklərin sayını daxil edin. Məlumatı daxil etdikdən sonra “Axtar” düyməsini sıxın və sistem tərəfindən təklif olunan yerləşdirilmə variantlarına nəzər salın.

2-ci addım – Yerləşdirilmə variantını seçin
Siyahıdan sizə uyğun olan sanatoriya və ya oteli seçib “Ətraflı” düyməsini sıxın. Sistem seçdiyiniz sanatoriya və ya otelin otaq və qiymətlərinin ətraflı təsviri də daxil olmaqla göstərdiyiniz müddətdə uyğun yerləşdirilmə variantlarını təklif edəcəkdir. “Əsas məlumat” bölməsini seçərək, elə həmin səhifədə sanatoriya və ya otelin təsvir və səciyyəvi xüsusiyyətləri ilə tanış olmaq olar. Həmçinin, bu səhifədə planlaşdırdığınız qalma tarixlərini dəyişmək olar.
Yerləşdirilmə variantını seçdikdən sonra, “Sorğu göndər” düyməsini sıxaraq rezervasiyaya keçin.

3-cü addım – Rezervasiya

Rezervasiya səhifəsində şəxsi məlumatlarınızı daxil edin, ödəniş üsulunu seçin (Otelə gəldikdə ödəniş, Bank köçürmə yolu və ya Kredit kartı ilə) və “Sorğu göndər” düyməsini sıxın. 2 iş günü ərzində Sizin elektron poçtunuza rezervasiyanın təsdiqi göndəriləcək. Xahiş edirik, rezervasiyanın təsdiq edən sənədi çap edib sanatoriya/otelə gələrkən özünüzlə gətirəsiniz.


Ödəniş

Saytda bütün otaqlar sanatoriya və otellərin rəsmi qiymətləri ilə, heç bir komissiya və qiymət artımı olmadan, ilkin ödənişsiz rezervasiya edilir. Əksəriyyət hallarda sifariş qonağın otel və ya sanatoriyaya gəldiyi zaman tam olaraq nağd yolu ilə ödənilə bilər. Belə halda, qonaq otel və ya sanatoriyaya gəlmə vaxtını bir neçə gün əvvəl telefon və ya elektron poçt vasitəsi ilə təsdiq etməlidir. 
Qonağın gəlişi ilə bağlı təsdiq alınmadığı halda, rezervasiya zəmanətsiz hesab olunacaq, yəni gəliş zamanı boş otaqla təmin edilməyə zəmanət verilmir. 

Bəzi müstəsna hallarda rezervasiya üçün ilkin ödəniş tələb oluna bilər (məsələn, "yüksək" fəsil zamanı və ya lüks otaqlar üçün). İlkin ödənişi onlayn rejimdə bank kartı vasitəsi ilə və ya sistem tərəfindən verilmiş hesaba bank köçürmə yolu ilə etmək olar. 

Sifarişin ləğvi və ya dəyişdirilməsi.

Ləğv etmək - rezervasiyanı istənilən vaxt telefon və ya elektron poçt (aşağıda göstərilib) vasitəsi ilə cəriməsiz, yəni PULSUZ ləğv etmək olar. 
Dəyişiklik etmək - gəliş vaxtından ən gec 10 gün əvvəl, tam ödənişsiz dəyişiklik (gəlmə tarixini dəyişmək və ya başqa sanatoriya seçmək) etmək olar.

 
Tel: +99450 570-2000 
E-poçt: mail@kurort-booking.com
  Online dəstək