Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Şahdağ (Qusar)



“Şahdağ” turizm kompleksi dağ xizəkçiliyi həvəskarları üçün Azərbaycanda ilk kurortdur.

Şahdağ Azərbaycanın şimal-şərqində eyni adlı dağın yaxınlığında yerləşir. Bura Qafqazın ən gözəl guşələri sırasında əbəs yerə qeyd edilmir. Burada təmiz təravətli dağ havasından, öz əzəmətinə  və müxtəlifliyinə görə təkrarolunmaz təbiətdən və  parlaq bənzərsiz mədəniyyətdən zövq almaq mümkündür. Buranın iqlimi dağ xizəkçiliyi idmanına mümkün olacağı qədər xoş təsir göstərir. Qış vaxtı havanın tempraturu çox vaxt mənfi 20-22 dərəcə təşkil edir. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.

Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, dörd ədəd rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snoubord avadanlığının icarəsi fəaliyyət göstərir. Eyni zamanda kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir. Kompleks qonaqları kanat yollarının müxtəlifliyi ilə sevindirməyə hazırdır. Burada həm buqel, həm də karusel kanat yolları vardır, gələcəkdə isə həm də qondol kanat yolları istifadəyə veriləcəkdir.

Şahdağ həm yüksək hazırlıqlı, həm də hazırlıq səviyyəsi sıfır olan xizəkçilik idmanı həvəskarlarına uyğundur. Burada həm xizəkçiliyə yeni başlayanlar, həm də əsl peşəkarlar üçün xizək yolları mövcuddur. Hər bir xizək yolu süni qar generatorlarının köməyi ilə hazırlanır və bu da xizəkçilik mövsümünü daha da uzatmaq, xizək yollarını isə daha keyfiyyətli və sürüşmək üçün xoş etmək imkanı verir.


Otel və yaşayış


PİK PALACE ŞAHDAĞ

       

PİK PALACE ŞAHDAĞ Bakı şəhərindən 230 kilometr şimalda, Şahdağ turizm kompleksində yerləşən ilk dəbdəbəli istirahət məkanıdır. Dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuş və hər bir elementi məmnunluq və sevinc doğuran kompleks unudulmaz təəssürat yaradır.

   Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


PARK CHALET

PARK CHALET oteli heyranedici gözəl mənzərələrlə əhatə olunub. Bu möhtəşəm yeri ziyarət etməkdən Siz çox razı qalacaqsız.

   Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


ZİRVƏ OTELİ

       

Lift Bazası olan Zirvə Oteli, xizək həvəskarları və turistlər üçün xüsusilə yaradılmış müasir üç ulduzlu oteldir. Zirvə Oteli gözəl Şahdağ Dağ İstirahət kompleksini seyr etmək üçün mükəmməl məkandır.

  Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


QAYA EVLƏRİ

Ailəvi xizəkçilik və dağ oteli - evidir. Burada çox rahat otaqlarda ailələr birlikdə qala, habelə ayrı otaqlarda sərbəst dincələ bilərlər.

  Foto və təsvir       Yerləşdirmə və qiymətlər                       REZERVASİYA


ŞAHDAĞ OTEL VƏ SPA

       

Azərbaycanda birinci müasir dağ Otelidir. Müasir, lakin eyni zamanda yerli adət ənənəyə hörmətlə yanaşan Şahdağ Otel və Spa, qonaqlara dünyanın hər hansı bir dəbdəbəli otelinə bərabər səviyyədə xidmət təklif edir. 

  Foto və təsvir        Yerləşdirmə və qiymətlər                        REZERVASİYA