ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 Bizimlə əlaqə
+99450 570-2000 
 +99450 450-0018

mail@kurort-booking.com

 

Təbiət qoynunda istirahət



Azərbaycan həqiqətən unikal təbiəti ilə öyünə bilər. Ölkəmiz dünyada mövcud olan on iqlim qurşağının doqquzunda yer almaqdadır. Burada bütün yer kürəsini kiçik səyahət etmək və səyahət zamanı şəlalələrə və çaylara, mineral bulaqlara rast gəlmək olar.

Təccüblü deyil ki, Azərbaycana yeni təəssüratlar axtarışında olan, sivilizasiya tərəfindən toxunulmamış təbiət görmək, bu yerlərin heyrətamiz gözəlliyi, yerli əhalinin yaşayış tərzi və adətləri ilə tanış olmaq, təmiz şəfalı hava ilə nəfəs almaq istəyən hətta ən tələbkar turistlər belə gəlməkdədir. Böyük əhəmiyyətə malik amillərdən biri də odur ki, ölkədə yaxşı yollar, komfortlu rahat otellər və turizm düşərgələri də daxil olmaqla əla infrastruktur yaradılmışdır.

QUBA       QƏBƏLƏ       ŞƏKİ      ŞAMAXİ       LERİK   

Quba

                                              
Bakı ilə arasında məsafə - в 168 км.

Yerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biridir.  Uyğun mövqeyi (Bakıdan 168 km aralıda yerləşir) və zəngin infrastrukturu sayəsində Quba rayonu turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş,  coşqun axan   Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, «Azərbaycanın təbii abidələri» siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi qonaqların  sevimli istirahət yerləridir.
Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açmağa davam edir.

Qubada kurort otellər

  • Quba olimpiya kompleksi
  • Jannat Bagi oteli
  • Long Forest Resort
  • Rixos Quba oteli
  • Terrace Guba oteli
  • Berpa Spa istirahət mərkəzi



Qəbələ

                               

Bakı ilə arasında məsafə - 225 км.

Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur.   Antik şəhərin qalıqları və Qafqaz Albaniyasının əsas qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə 5 ulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm bazaları fəaliyyət göstərir. Görməli yerlər arasında - Rus meşəsi, çay vadiləri, məşhur şabalıd meşəsi, çoxlu sayda mənzərəli kəndlər var.  Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini xüsusilə qeyd etmək lazımdır.
Quşla bol olan meşələr mövsüm zamanı  ovçuları bura cəlb edir. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq səma altında  ən iri attraksion parkı Gabaland də  Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər il təşkil olunan  və dünyanın müxtəlif ölkələrinin  orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı  altında pianino istehsalı üzrə fabrik  məhz Qəbələdə fəaliyyət göstərir.

Qəbələdə kurort otellər



Şəki

                       

Bakı ilə arasında məsafə - 305 км.

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. Milli memarlığın saray  memarlıq ənənələri ilə həmahəngliyinin nadir nümunəsi olan Şəki xan Sarayı (1762-ci il) dünyanın hər yerindən gələn turistlərdə xüsusi marağ doğurur. Məlumdur ki, sarayın tikintisi zamanı bir dənə  də olsun mismardan istifadə edilməmişdir, şəbəkə adlandırılan rəngli şüşələr (milli mozaika) isə Venesiyadan gətirilmişdi.

Şəki rayonunda çoxlu  maraqlı tarixi abidələr var.  Şəhərin şimalında bir zamanlar alınmaz qala olan «Gələrsən görərsən» qalasının (XV-XVIII əsrlər) qalıqları durur. Ticarəti ilə tanınan Şəkidə xeyli sayda karvansaralar  mövcud olub və onlardan ikisi  - XVIII əsrdə tikilən Yuxarı və Aşağı karvansaralar bu günümüzə qədər saxlanılıb.


Kiş kəndində yerləşən Alban məbədini (I-II əsrlər) qeyd etməmək olmaz,   tanınmış norveçli Tur Xeyerdal  burada bir neçə dəfə tədqiqat aparıb və bunun təsdiqi olaraq kənddə onun büstu quraşdırılmışdır. Nəhayət, Şəki ağızda əriyən paxlavası, pitisi (gil qabda öz suyunda bişmiş ət və tərəvəzlər), həmçinin sakinlərinin yumor hissi ilə məşhurdur. Son qeyd olunan xüsusiyyətinə görə şəhər Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşıb.

Turistlər həm də bu yaxınlarda yenilənmiş və təkmilləşdirilmiş Şəki Olimpiya Kompleksində də qala bilərlər. Kompleksin Oteli də həyətində bir və ikimərtəbəli kotteclərin olduğu ikimərtəbəli binadan ibarətdir. Otel və kotteclər yaxşı tərtib olunmuş, mərkəzi kondisioner və havalandırma sistemləri ilə təchiz edilmişdir. Örtülü hovuz, bilyard, stolüstü tennis, tennis, sauna, akvapark, uşaqlar üçün oyun zalı və sairləri qonaqların ixtiyarına verilmişdir. Otelin təqdim etdiyi xidmətlərin keyfiyyəti və çeşidi 5 ulduzlu standartlara uyğundur.

Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.

Şəkidə kurort otellər



Şamaxi

                   

Bakı ilə arasında məsafə - 135 км

Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın).

Şamaxı torpaqlarının təbii şəraiti insanları qədim zamanlardan cəlb edirdi. Unikal təbiət, mülayim iqlim, mineral bulaqlar rayona xüsusi gözəllik verir. Burada iqlim mülayimdir. Yaylada olan palıd, fıstıq və vələs meşələri, yaşıl sahələr və kollar, göz oxşayan yaşıl çəmənlər bu yerlərə misilsiz gözəllik verir. Burada 50 növdən çox dərman bitkiləri yetişir. Meşələrin zəngin təbiəti burada vəhşi heyvanların və quşların, məsələn, cüyür, qaban, ayı, vəhşi pişiklərin yaşaması üçün əlverişli şərait yaradır.

Bu diyar ilin bütün fəsillərində çoxlu turist və istirahət edənləri cəlb edir.

Turistlərin daha çox ziyarət etdikləri yer rayon mərkəzindən 22 km məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsidir. Burada qışda xizək idmanı üçün və yayda at belində gəzinti üçün bütün şəraitlər vardır. “Qırxbulaq” adlı tanınmış yerdə çoxlu sayda bulaq mövcuddur. Rayonun gözəl təbiətinin mühafizəsi məqsədilə burada ərazisi 1521 ha təşkil edən Pirqulu qoruğu yaradılmışdır.

Bu günlərin Şamaxısı həm də şərabçılıq və xalçaçılığın tanınmış mərkəzidir. Rayon həm şərab zavodlarında, həm də ayrı-ayrı fərdi təsərrüfatlarda hazırlanmış gözəl şərabları ilə məşhurdur. Şamaxı şərabının süfrə və desert növləri beynəlxalq sərgilərdə çoxlu medal və diplomlara layiq görülmüşdür.
Turistlər məşhur “Şirvan”, “Qobustan”, “Şamaxı”, “İsrafil” , “Ərcimən” xalçalarını toxuyan ustalarla Şamaxının düzənlik hissəsində, Cəngi kəndində tanış ola bilərlər. Çoban ailələrində isə milli ornamentlərlə bəzədilmiş rəngli yun corablar toxunur.
Bir sözlə, Şamaxı ən böyük diqqətə layiq yerdir.

Şamaxidə kurort otellər



Lerik

         
Bakı ilə arasında məsafə - 325 км


Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən, əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı  yüzdən artıq olan  onlarla adamın həyatı haqqında sənədlərin saxlanıldığı yerdir  və ola bilsin ki, dünyada yeganə uzunömürlülər Muzeyi də burada yerləşir. Lerikin ən qocaman sakini Şirəli Müslimovun 1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan yaşayır.
Lerikin tanınmış təbii istirahət zonaları Bülüdül (rayon mərkəzindən 20 km məsafədə) və Zəriqaladır (17 km). burada çox dadlı suyu olan bulaqlar mövcuddur. Meşələrdə və Lerik çayının sahili boyu qaban, dovşan, tülkü, kəklik və ördək ovu üçün şərait vardır. Daş meşələrin keçilməz guşələrində bəbir yaşayır. Hal hazırda bu nadir heyvanın mühafizəsi üzrə elmi proqram fəaliyyət göstərir.

Lerikdə yerli sakinlərin mənzillərində, habelə Lənkərandan Lerikə gedən yolboyu çoxsaylı istirahət zonalarında dayanmaq olar. Onlardan daha çox tanınanı Relax Hotel and Resort, “Şəlalə” və “Meşəçi”dir. Lerikdə çoxsaylı qəlyanaltı və kababxanalarda qəlyanaltı, nahar etmək və sadəcə olaraq xoş təamlı yeməklərin dadına baxmaq mümkündür və onlardan ən çox tanınanı “Xəyal” restoranıdır. Burada Siz xoş, səmimi şəraitdə ənənəvi Azərbaycan yeməklərinin dadına baxa bilər və yorğunluğunuzu ala bilərsiniz.

Bir də, yeri gəlmişkən, “YouTube”da milyonlarla baxış toplamış və onun müəllifləri Rüstəmov qardaşlarını məşhurlaşdırmış “Davay, do svidaniə” klipi məhz Lerikdə çəkilmişdir.

Lerikdə kurort bazalar

  • RELAKS istirahət mərkəzi