“DUZDAĞ” FİZİOTERAPİYA  MƏRKƏZİ (Naxçıvan)
    
 
						
							
						
							
								
    
        “DUZDAĞ” FİZİOTERAPİYA  MƏRKƏZİ (Naxçıvan)
    
							
							
							
								
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları
yerləşir. Burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq
mümkündür. Duzdağ mağaraları 1173 metr hündürlükdə və komfortlu rahat
oteldən cəmi iki kilometr məsafədə yerləşir.
Fizioterapiya mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü
hissə Duzdağın bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisndə
yerləşir. Yeraltı hissə isə dağda 300 metrədən artıq dərinlikdə
yerləşir. Yaxınlıqda isə duz mədənlərinin ikinci əsas dağ sexinə giriş
yerləşir. Kompleksin oteldə yerləşən yerüstü hissəsi kitabxana, kafe və
rahat otaqlar ilə təchiz olunub. Kompleks ümumilikdə 128 nəfər qonaq
qəbul etmək imkanına sahibdir.
“Duzdağ” otelinin nəzdində fəaliyyət göstərən sanatoriya qonaqlara tam
tibbi müşaiyət təklif edir. Burada müxtəlif tibbi istiqamətlər üzrə
yalnız diplomlu mütəxəssislər çalışır. Eyni zamanda otaqların və
ərazinin gündəlik təmizlənməsi və gecə-gündüz mühafizə də Sizin
xidmətinizdədir.
    
        
                
             | 
             
            Sizin ailənizlə birgə tam dəyərli istirahət etməniz üçün burada müasir
            akvopark və basketbol, voleybol, futbol da daxil olmaqla müxtəlif idman
            meydançaları vardır .  
             
            Oteldə Sizin üçün qapalı və açıq hovuzlar və
            tennis kortları da fəaliyyət göstərir. Bundan başqa, kompleksdə idman və
            fitnes zalı da mövcuddur. 
             
            Böyüklər üçün tam spleoterapiya kursu 16-20 seans təşkil edir. Uşaqlar
            üçün isə 10-15 seans kifayət edir. Lazımi seans sayı bilavasitə xəstənin
            vəziyyətindən ve onun fərdi xüsusiyyətlərindən asılıdır. Mədəndə
            spleoterapiyadan başqa, bizim tibbi kompleks lazım gələrsə tibbi
            preparatlar, fizioterapiya proseduraları, masaj seansları və müalicə
            idmanı vasitəsilə də xəstələrin müalicəsini həyata keçirir.  
             
            Ancaq biz
            dərmanlardan istifadə etməməyə çalışırıq. Əgər sanatoriyanın qonağı
            hormonal dərman preparatları qəbul edirsə, bu preparaların qəbulu sayı
            tədricən azalır. 
             | 
        
    
Naxçıvanın “Duzdağ” fizioterapiya mərkəzinin bənzər sanatoriyalardan
fərqli xüsusiyyəti,  bizim mədənlərin üfqi səthdə yerləşməsidir.  Onlar,
sanatoriyaya yeni qonaqlar qəbul etməkdən öncə mütləq şəkildə
adaptasiya edilir. Bizim mədənlərdə allergen və mikroblar demək olar ki
tamamilə yoxdur. Burada təbii havalandırma fəaliyyət göstərir.
Naxçıvan MR “Duzdağ” fizioterapiya mərkəzinə yalnız respublikanının
bütün guşələrindən deyil, həm də xarici ölkələrdən müalicə olmaq istəyən
insanlar gəlir. Biz Rusiya Federasiyasından, Gürcüstandan, Türkiyədən,
İrandan, Orta Asiya və başqa ölkələrdən gələn qonaqları uğurla qəbul
edirik. 
  Foto və təsvir            
 Yerləşdirmə variantları və qiymətlər                                                      
 REZERVASİYA
    
        
             
            Bizim bir neçə onillik təcrübəmiz onu göstərir ki, müxtəlif ağırlıq
            dərəcəli bronxial asma xəstəsi olan böyüklərdə yaxşılaşma faizi 80-86%
            təşkil edir. Uşaqlarda isə bu nəticə 96-98% təşkil edir. Prosedurlar
            xəstədə yalnız boğulma tutması olmadığı anlarda həyata keçirilir.
             
             
            Remissiya dövründə də müalicə aparmaq mümkündür. Sanatoriyanın
            mədənlərdə müalicə olunan qonaqlarında, təyin edilmiş proseduraların
            nəticəsi olaraq artıq müalicənin üçüncü günü hiss olunacaq dərəcədə
            müsbət təsir qeyd olunur.  
             
            Eyni zamanda xəstələrdə bəlğəm ifrazatı
            azalır, boğulma tutmaları isə aradan qalxır. Ağ ciyərlərdə həm quru, həm
            də yaş xırıltı tədricən aradan qalxır, tutma hallarının ağırlığı isə
            vaxt keçdikcə azalır. Xəstəliyin ağırlığından asılı olaraq müalicəvi
            mədənlərdə ildə bir və ya iki dəfə kurs keçmək tövsiyyə olunur.  
             
            Bəzi
            hallarda isə 3 il ərzində mədənlərə mütəmadi olaraq gələrək müalicə
            keçmək lazımdır.  | 
               
             | 
        
    
Spleoterapiya tənəffüs orqanları xəstəliklərindən sağalmaq üçün çoxdan
bəri effektiv metod kimi qəbul olunur. Ancaq xəbərdarlıq etmək lazımdır
ki, spleoterapiyanın xəstəyə əks göstəriş olduğu hallar da mövcuddur.
Müalicəvi effekt şaxtalarda mövcud olan spesifik iqlim sayəsində əldə
edilir. Vacib amillərdən biri də burada allergenlərin yoxluğudur.
    
        
                | 
            Uşaqlar üzərində spleoterapiya ilə müalicənin effektivliyi artıq
            müalicənin 4-5-ci günü özünü biruzə verir. Böyüklər üzərində müalicənin
            effektivliyi bir az fərqlidir. Xəstəliyin yüngülləşməsi xəstənin ilkin
            vəziyyətindən asılı olaraq müxtəlif şəkillərdə baş verir.  
             
            Bəzi xəstələr
            müalicənin artıq ikinci həftəsi, bəziləri kursun bitməsindən dərhal
            sonra, bəziləri isə kursdan bir ay sonra yaxşılaşma hiss edir. Adətən bu
            öskürək tutmalarının sayının azalmasında və onun gücünün zəifləməsində
            özünü biruzə verir. Uşaqlarda bir həftədən sonra boğulma halları çox
            vaxt tamamilə aradan qalxır.  
             
            Müalicə kursunun sonunda xəstənin qanıda
            olan yüksək leykosit-eozonofil miqdarı azalır. Eyni zamanda bəlğəmdə də
            eozonofil səviyyəsi aşağı enir. Eritrasitlərin çökmə sürəti normallaşır.
            Bronx yolları nəzərə çarpacaq dərəcədə təmizlənir, çox zaman ağ
            ciyərlərin bir dəqiqəlik tənəffüsü da normallaşır. Xəstələr sərbəst
            nəfəs almağa başlayır. Onların nəbzi normallaşır və ya taxikardiya
            tutmaları hiss olunacaq dərəcədə azalır. Əgər sistolik və diastolik qan
            təzyiqi yüksək olubsa, o da normallaşa bilər. | 
        
    
    
        
            
            
                
                    
                         
                        
                        
                        Göstərişlər: 
                        
                        
                        
                        
                        
                        
                        1)   Predastma                                                 
                            2)   Bronxial astma I mərhələ, infeksion-allergik  
                            və atopik formalı yüngül, orta ağır dərəcəli  
                            3)   Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək        çatışmamazlığı I mərhələ.                
                            4)   Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ  (remissiya fazası).  
                            5)   Xroniki bronxit astmatik komponentlə remissiya fazası.  
                            6)   Allergik rinosinusopatiyalar.  
                            7)   Pollinozlar.  
                             
                             
                             
                             | 
                         
                    
                 
                 
                 | 
                
                
                    
                        
                             
                            Mütləq əks göstərişlər: 
                            
                            
                            
                            
                            
                                1)   Bronxial astma II mərhələ.                                                                      
                                2)   Bronxial astma I mərhələ ağır gedişli, diffuz pnevmoskleroz, tənəffüsçafmamazlığı III mərhələ, ürək çatmamazlığı III mərhələ.  
                                3)   Bronxoektaziya xəstəliyi.  
                                4)   Ağ ciyərlərin absesi və qanqrenası.  
                                5)   Ağ ciyərlərin vərəmi (bütün forma və mərhələlərdə).  
                                6)   Qan dövranının çatmamazlığı III mərhələ.  
                                7)   Ürək qüsurları subkompensasiya və dekompensasiya fazası.  
                                8)   Hipertoniya xəstəliyi III mərhələ.  
                                9)   Mədə və 12 barmaq bağırsağın yara xəstəlikləri.  
                                10) Tireotoksikoz.  
                                11) Böyrək daşı xəstəliyi.  
                                12) Anemiyalar.  
                                13) Şəkər xəstəliyi ll-lll mərhələ (İnsulindən asılı olan) 
                                
                                 
                                
                                
                                  | 
                             
                        
                     
                     
                     | 
                
            
        
        
  Foto və təsvir            
 Yerləşdirmə variantları və qiymətlər                                                      
 REZERVASİYA