Qəbələ həqiqətən cənnət məkanıdır. Burada təbiətin gözəlliyi və xalqın tarixi tam vəhdət şəklində bir araya gəlməkdədir.
Beş ulduzlu Qafqaz Resort oteli məhz bu əfsanəvi diyarda yerləşir. Otel, Qafqaz Resort otellər şəbəkəsinə daxildir.
Qafqaz Resort həqiqətən Azərbaycanın ən yaxşı SPA otellərindən biri hesab olunur. Otel Qəbələ rayonunun dağlıq kurort bölgəsində mənzərəli ərazidə yerləşir.
Heyranedici əzəmətli dağ təbiəti sivilizasiya tərəfindən toxunulmamış zümrüdlü meşələr, gurultulu şəlalələr və mənzərəli çaylarla bir araya gələrək əsl möcüzə yaradır. Bu mənzərəni görən heç kəs buna laqeyd qala bilməyəcək.
Oteldə möhtəşəm SPA mərkəzi, müasir trenajor və boulinq zalı fəaliyyət göstərir. Otelin ərazisində açıq hovuz yerləşir. Qeydiyyat masaları isə gecə-gündüz çalışmaqdadır. Bundan əlavə, qonaqlar pulsuz Wi-fi xidmətindən də istifadə edə bilərlər.
Otelin klassik interyerə sahib olan komfortlu otaqları səliqəli yumşaq rəng çalarlarında tərtib olunub. Otaqların hər birində kondisioner, düz ekranlı televizior və şəxsi soyuducu vardır. Vanna otağında isə qonaqları fen və kosmetika ləvazimatları də gözləyir.
Otelin restoranı qonaqlara Avropa mətbəxinin nəfis təamlarını təqdim edir. Shirvan barı isə geniş içki çeşidləri və hər zövqə uyğun qəlyanaltı təklif edir.
Oteldən beynəlxalq hava limanına cəmi yarım saata çatmaq mümkündür. Dəmiryol vağzalından isə oteli iyirmi dəqiqəlik yol ayırır. Azərbaycan paytaxtı oteldən 211 km məsafədə yerləşir.