Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Ramada Baku Beach Hotel

Rayon:
Azərbaycan
Bakı
Xüsusiyyətlər
  • Təsvir:

    “Ramada” oteli hündür mövqedə və çimərlikdən cəmi bir neçə addımlıqda yerləşir. Ailəvi istirahət etmək və işgüzar danışıqlar aparmaq üçün bundan yaxşı yer tapmaq çətindir.

    Otel özəl çimərliyə malikdir və yaxtaların yan alması üçün körpü ilə də təchiz olunub. Eyni zamanda burada qapalı və açıq hovuzlar, müasir fitnes mərkəzi də qonaqların xidmətindədir. Bundan əlavə “Ramada” otelinin qonaqları geniş çeşidli SPA proseduralarından həzz ala və sağlamlaşdırma klubunda öz sağlamlığını bərpa edə bilərlər. Oteldə rus hamamı və sauna da fəaliyyət göstərir. Təmiz özəl çimərlik, günəş və dəniz isə bu yeri həqiqətən əsl cənnətə çevirir.

    Bu 5 ulduzlu otelin bütün otaqlarından Xəzər dənizi sahilinə heyrətamiz mənzərə açılır. Hər bir otaqda komfortlu rahat istirahət üçün lazım olan hər şey, kondisioner, düz ekranlı televizor, mini bar, elektrik çaydanı vardır. Vanna otağında isə əsas tualet vasitələri də yer almaqdadır. 

    Hər səhər otelin qonaqlarına “isveç stolu” formatında dadlı səhər yeməyi təklif olunur. Bura həm isti, həm də soyuq yeməklər daxildir. Nahara isə aşpazlar qonaqların istəyinə uyğun olaraq Türk və Azərbaycan mətbəxindən yeməklər hazırlayırlar. Bundan əlavə, kafedə Sizə daima sərinləşdirici içkilər də təklif ediləcəkdir.

    “Ramada” oteli çox rahat yerdə, biznes mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşir. Hava limanına isə 35 dəqiqəyə çatmaq mümkündür. Bundan əlavə, Qız qalası, Şirvanşahlar sarayı kimi çoxsaylı diqqətəlayiq yerlərə sahib olan Bakının tarixi mərkəzi oteldən cəmi 10 dəqiqəlik məsafədə yerləşir. Otelin bütün qonaqlarına pulsuz avtomobil dayanacağı  da təqdim olunur.

     
  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

  • Əsas