Khazar
Golden Beach kurort otel Xəzər dənizinin tam
sahilində yerləşir. Otel Bakı şəhərinin dəmiryolu vağzalından cəmi 35 km məsafədədir.
Hava limanına isə Siz avtomobillə cəmi 10 dəqiqəyə çata bilərsiz.
Kurort
otel öz qonaqlarına açıq və ya qapalı hovuzda, tennis kortunda və ya özəl çimərlikdə
istirahət etməyi təklif edir. Voleybol meydançası, skuterlər, basketbol
meydançası və bir çox başqa əyləncələr də Sizin xidmətinizdədir.
Qonaqların
xidmətində nəfis mətbəxli restoranlar və geniş sərinləşdirici içki seçiminə sahib
olan bar da vardır. Eyni zamanda otel avadanlıqlarla təchiz edilmiş konfrans
zalına da sahibdir.
Khazar
Golden Beach qonaqlara möhtəşəm dəniz mənzərəli işıqlı otaqlarda yerləşməyi təklif
edir. Bütün otaqlar soyuducu, müasir televizor, kondisioner, elektrik çaydanı
ilə təchiz edilib. Vanna otağında isə Siz hər cür lazımi kosmetik ləvazimatlar
tapacaqsız.
Otel
dolğun mədəni-əyləncə proqramları da təklif edir. Hər həftə burada milli və
xarici estrada ulduzları çıxış edir.
Eyni zamanda oteldə kübar tədbirlər də təşkil edilir. Otelin ürəyi açıq
havada yerləşən böyük hovuzdur.