"Küngüt Hotel & Resort" Şəki rayonun şimal - şərqində, Şəki şəhərindən 20 km aralı, Şəki - Oğuz - Bakı əsas maqistral yolundan 6 km şimal istiqamətdə, Baş Küngüt kəndində, səfalı bir coğrafi məkanda, Böyük Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.
Bu istirahət mərkəzi hər tərəfdən meşələr və sıldırım qayalarla əhatə olunmuşdur. Burada olmaq və ecazkar aləmi yaşamağa dəyər. Burada qonaqların istifadəsinə 80 nəfərlik restoran və istirahəti dahada əyləncəli etmək üçün bilyard, stol üstü tennis zalıda təchiz olunmuşdur.