“Kəpəz”sanatoriyası 2015-ci ildə inşa olunmuşdur. Gəncə şəhərindən 50km məsafədə estetik gözəlliyə məxsus bir ərazidə yerləşir. Təmiz və saf havası var. Gözəl təbiət mənzərələri ilə əhatə olunmuş bu füsunkar məkanda öz sağlamlığına qovuşmaq istəyənlər üçün hər cür ideal şərait yaradılmışdır. Sağlamlıq və istirahət mərkəzi kimi fəaliyyət göstərən “Kəpəz”sanatoriyası qonaq evlərindən, idman sahələrindən, poliklinikadan və istirahət mərkəzindən ibarətdir. Təcrübəli və gülərüz kollektiv qonaqları yüksək qayğı ilə əhatəyə alır, onların sağlamlığını və istirahətini təmin edir. Sanatoriyada istirahət edənlərin arzusuyla Qəbələyə, Şəkiyə, Zaqatalaya, Göy-Gölə, Mingəçevirə turist səfərləri təşkil edilir.
Sanatoriya Mərkəzi stadiondan 5m məsafədə, Nərimanov parkından isə 10m məsafədə yerləşir.
"Kəpəz” sanatoriyası Naftalan şəhəri Qafqaz sıra dağlarının ətəyində dəniz səviyyəsindən 220-250 m yüksəklikdə yerləşir.Həmişəyaşıl ağaclarla əhatə olunduğundan havası daima təmiz olur.
Paketə daxildir:
- Otaq
- 3 dəfə yemək
- Naftalan vannası
- EKQ
- Qanın,sidiyin,şəkərin analizi
- Fizioterapiya müayinəsi,massaj,idman müalicəsi(müəllim ilə)
Pullu xidmətlər:
- USM
- Traksiya
- Seragem
- Hidrokolonoterapiya
- LOR
- Ginekoloji müayinə
- Uroloji müayinə
- Iynəsancma