Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Санаторий "ШИХОВО"

Rayon:
Azərbaycan
Bakı
Xüsusiyyətlər
Ümumi dəyəri başlayır 807,77 AZN7 gün üçün
1 böyük (lər)
  • Təsvir:
    Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

    Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” dənizkənarı balneoloji kurortu ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 10 km aralıqda, Bibi-Heybət qəsəbəsində yerləşir.

    Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında təkcə Bibi-Heybətdə yerləşən “Şıx” sanatoriyası sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş adıçəkilən kurortu fərqləndirən xüsusiyyətlərdəndir. Onu da qeyd edək ki, Şıx Bakılıların ən sevimli istirahət guşəsidir.

    Abşerona xas olan iqlim tipinin və təbii mənbələrin müalicəvi özəllikləri barədə biliklər qədim vaxtlardan bəri məlumdur. Artıq neçənci yüzillikdir ki, müalicə almaq üçün insanlar məhz Abşeron müalicəxanalarına üz tutur. Müxtəlif duzlar, brom və yod buxarları ilə zəngin olan havanın özü belə insanlara müalicəvi təsir edir. Bəs buranın dənizi? “Şıx” çimərliklərində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Təpə və kempinq əraziləri ilə əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər bir tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan “Şıx”-da sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.

    Müalicə və iqlim amillərinin kombinasiyası, və eləcə də həkim göstərişinə əsasən tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannalarının qəbulu “Şıx” sanatoriyasını dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir.

    Müalicəvi hava, günəş və gün vannaları, eləcə də qocaman Xəzər dənizi burada istirahət edənlərin yaddaşından əsla silinməyəcək.

    “Şıx”-ı seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, kölgəli xiyabanlar və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

    Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Bundan əlavə, pasiyentlər bir sıra sağlamlaşdırıcı tədibrlərdən keçirlər.

    Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

    Kurorta üz tutan pasiyentlər tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannaları qəbul etmək şansına malikdir. Həmin mineral su yer səthinə 2000 m dərinlikdən çıxır. Suyun istiliyi 60-70 dərəcə təşkil edir.

    Bununla bərabər, sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

    Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur.

    Tibbi göstərişlər
    - Artritlər və poliartritlər (qeyri-vərəm mənşəli)
    - Revmatoidli artrit (remissiya dövrü)
    - Xroniki mialgiya
    - Kontrakturalar
    - Poliosteoartrozlar, deformasiya edici artrozlar
    - Yayılmış osteoxondrozlar
    - Ankilozlaşan spondiloartritlər
    - İşalqik ağrılar, bel-omba radikuliti
    - Podaqrik artrit – sidik turşulu diatez

    Tibbi əks-göstərişlər
    - Kəskin fazada olan bütün xəstəliklər
    - Bədxassəli şişlər
    - Vərəm xəstəliyi (aktiv formada)
    - Kaxeksiya
    - Zöhrəvi xəstəliklər
    - Kəskin irinli və iltihabi xəstəliklər
    - Tez-tez təkrarlanan profuz qanaxmalar
    - Ruhi xəstəliklər (kəskinləşmə dövründə)
    - Şəkərli diabet (ağır formada)
    - Ürək-qan dövranı xəstəlikləri (II və III mərhələ)
    - Anevrizmalar
    - Qan xəstəlikləri (kəskinləşmə dövründə)
    - Hipertoniya xəstəliyi (III mərhələdə)

    Sanatoriya növbəti imkanlara malikdir:
    - Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
    - Balneoloji müalicəxana (təbii mineral su təchizatı ilə)
    - Elektroişıq müalicəsi
    - Mastika yaxmaları
    - Naftalan terapiyası
    - Palçıqla müalicə
    - Masaj
    - Müalicəvi bədən tərbiyəsi
    - İqlim terapiyası

    Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.
  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

    • Ümumi dəyəri
      843,41 AZN7 gün üçün
      1 böyük (lər)
      Sorğu göndər

      2-nəfərlik otaq (dəniz mənzərəli)

      , 1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
      20.04.2024 - 27.04.2024
      Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    • Ümumi dəyəri
      807,77 AZN7 gün üçün
      1 böyük (lər)
      Sorğu göndər

      2-nəfərlik otaq həyətə baxır

      1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
      20.04.2024 - 27.04.2024
      Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    • Ümumi dəyəri
      950,32 AZN7 gün üçün
      1 böyük (lər)
      Sorğu göndər

      1-nəfərlik otaq (dəniz mənzərəli)

      Dəniz mənzərəli, 1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
      20.04.2024 - 27.04.2024
      Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    • Ümumi dəyəri
      914,68 AZN7 gün üçün
      1 böyük (lər)
      Sorğu göndər

      1-nəfərlik otaq həyətə baxır

      1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
      20.04.2024 - 27.04.2024
      Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
  • Əsas

    adam / gecəQonaqların minimal sayıGünlərin minimum sayı01.12. - 01.03.
    01.03. - 01.05.
    01.11. - 01.12.
    01.05. - 01.11.
    1. 2-nəfərlik otaq (dəniz mənzərəli)
    Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    , 1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
    11 110.31 120.49 132.37
    2. 1-nəfərlik otaq (dəniz mənzərəli)
    Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    Dəniz mənzərəli, 1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
    11 118.79 135.76 149.34
    3. 2-nəfərlik otaq həyətə baxır
    Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
    11 103.52 115.40 125.58
    4. 1-nəfərlik otaq həyətə baxır
    Tam pansiyon: səhər, nahar və şam yeməkləri, və müalicələr qiymətə daxildir.
    1-otaqlı, İndi rezervasiya edin ki əvvəlcədən ödəniş (və ya kredit kartı) tələb olunmasın
    11 113.70 130.67 140.85