Qafqaz Yengicə Hotel müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir.Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir.Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Buna əlavə olaraq otelimizdə Naftalan nefti ilə müalicə prosedurları mövcuddur.
Qafqaz Yengicə Hotel Naftalan neftinin mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini Sizin xidmətinizə təqdim edir.
Otelimizdə spa mərkəz,i idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir.
Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s.
Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri , nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri ginekoloji və uroloji xəstəlliklər, burun-boğaz stomatoloji və ürək damar xəstəlikləri.
Qafqaz Yengicə Hotel Qəbələ raoyununun Yengicə kəndində yerləşir. Otelimizin yaxınlığındakı məşhur Yeddi Gözəl şəlaləsi və Nohur Gölünü gəzmək imkanınız olacaqdır.Otel ərazisindəki süni göllər xüsisi bir mənzərə yaradaraq güzünüzü oxşayacaqdır.
- Qəbələnin mərkəzindən 18 km məsafədə
- Qəbələ Hava Limanı 40 km
- Gəncə Hava Limanı 207 km
- Heydər Əliyev Hava Limanı 250 km