Naftalan sanatoriyası müalicəvi-sağlamlaşdırma mərkəzidir və burada əlavə fizioterapiya proseduraları və müalicə idmanı ilə kompleks şəklində unikal naftalan neftindən istifadə olunmaqla müalicə aparılır.
Naftalan neftinin unikal müalicəvi xüsusiyyərtləri sayəsində sanatoriyada 70-dən artıq xəstəliyin effektiv müalicəsi həyata keçirilir.
Naftalan sanatoriyası 2005-ci ilin may ayında açılmışdır. Bu Azərbaycanın Naftalan kurortunda açılmış olan ilk özəl müalicə müəssisəsidir. Sanatoriya arzu edən hər kəsi müalicə etmək üçün il boyu qəbul edir və fəaliyyət göstərir.
Naftalan sanatoriyasının müalicə şöbəsi lazım olan bütün müasir ehtiyaclar ilə, funksional diaqnostika kabineti, klinik diaqnostik və biokimyəvi laboratoriya və digər müalicə vasitələri ilə təchiz olunub. Burada bütün qonaqlar ilk əvvəl hərtərəfli müayinədən keçirilir və ancaq bundan sonra həkim onlara fərdi olaraq proseduralar kompleksi təyin edir.
Mərkəzdə həyata keçirilən proseduralara başlıca olaraq naftalan vannaları, sonradan solluks lampası ilə şüalanma da daxil olmaq üzərə naftalanın sürtülməsi, naftalanla fonoforez daxildir. Lazım olduğunda əlavə olaraq fizioterapiya proseduraları da təyin edilir.
Naftalan sanatoriyası 4 korpusdan ibarətdir və eyni vaxtda 200 nəfərə qədər qonaq qəbul edə bilər. Mərkəzin üç korpusunda adi 1 otaqlı nömrələr və habelə lyuks kateqoriyalı 3-4 nəfərlik 2 otaqlı nömrələr də vardır.
1-ci korpus əsas korpusdur. Burada mərkəzin müdiriyyəti, müalicə şöbəsi, poliklinika, restoran və eyni zamanda qonaqların qaldığı otaqlar yerləşir.
2-ci korpus (yaxşılaşdırılmış) 1-ci korpusun yaxınlığında yerləşir. Korpusun özü və burada yerləşən otaqlar daha da geniş, rahat və komfortludur.
3-cü və 4-cü korpus (VİP) 24 otaqdan ibarət olan və ayrıca yerləşən yüksək komfortlu kompleksdir.
Bütün korpuslar əsas korpusa bağlı şəkildə yerləşir və bir-birinə koridor vasitəsi ilə birləşir. Bu da qonaqlara bir korpusdan bayıra çıxmayaraq proseduralara və yeməkxanaya getmək imkanı verir.
Qonaqların istirahətini müxtəlif stolüstü oyunlar, bilyard, kitabxana, aerosolyari, milli çayxana, rəqs axşamları daha da rəngarəng edəcək. İstirahət günlərində qonaqlar üçün respublikamızın Gəncə, Şəki, Mingəçevir kimi tarixi şəhərlərinə və həmçinin Hacıkənd, Göygöl və başqa bənzər ekzotik təbiət guşələrinə səyahətlər də təşkil edilir.