Naftalan
şəhərinin ərazisində “SEHRLİ NAFTALAN” sanatoriya yerləşir ve bu sanatoriyada eyni
vaxtda 350-yə qədər qonaq öz sağlamlığını bərpa edə bilər. “SEHRLİ NAFTALAN”
sanatoriyası abad səliqəli ərazi ilə əhatə olunub və öz qonaqlarına sağlamlaşma
üçün tam dəyərli kompleks xidmətlər təklif edir.
Sanatoriyada
qonaqlar ilk olaraq mütləq şəkildə hərtərəfli tam müayinədən keçirlər. Burada biokimyəvi
laboratoriya, klinik diaqnostik laboratoriya, elektrokardioqramma və USM
kabineti, terapevt, ginekoloq, nevropatoloq, uroloq, stomatoloq, qulaq burun
boğaz həkimləri kimi yüksək ixtisaslı mütəxəssislərin olması qonaqlara vaxtında
düzgün diaqnoz qoymağa imkanı verir. Adətən sanatoriyada müalicə müddəti 15 gün
təşkil edir. Mütəxəssislər qonaqlara çox zaman, fərdi diaqnozdan irəli gələrək
müalicəvi naftalan vannaları və yod-brom vanalları təyin edirlər.
Sanatoriyanın
ərzisində yataq korpusu, müalicə korpusu və yeməkxana korpusu yerləşir. “SEHRLİ
NAFTALAN” sanatoriyası qonaqlara bir, iki və üç yerlik standart otaqlar və lyuks
otaqlar təklif edir. Burada Siz komfortlu rahat istirahət üçün lazım olan hər
şey tapacaqsız.
Kompleksin
yeməkxanası hər dada uyğun cürbəcür Avropa və Azəerbaycan yeməkləri təklif
edir. Eyni zamanda sanatoriya namaz qılmaq üçün xüsusi otaq, bilyard otağı,
kişi və qadınlar üçün salon, oyun otağı ilə də təchiz olunub. Bundan başqa
sanatoriyada rəqs axşamları keçirilir. Gündüzlər isə Siz yaxında yerləşən diqqətəlayiq
yerlərə təşkil edilən maraqlı ekskursiyalara qoşula bilər və bu yerlərin son dərəcə
gözəl nadir təbiətinə baxıb zövq ala bilərsiz.