Nabran şəhərində, Xəzər dənizinin tam sahilində “Atlant” kurort oteli yerləşir. Otelin qonaqlarını möhtəşəm təbiət landşaftı, inanılmaz təmiz hava, zəngin meşə və dəniz mənzərələri gözləyir. Toxunulmamış təbiət oteldə mövcud olan müasir interyer və yüksək səviyyəli xidmət ilə çox maraqlı təzad təşkil edir.
“Atlant” oteli Sizin xidmətinizə çoxsaylı su təpəsi ilə təchiz olunmuş mükəmməl akvapark və bir neçə açıq hovuz təqdim edir. Oteldə mütəmadi olaraq müxtəlif əyləncə proqramları keçirilir və gecə klubu fəaliyyət göstərir.
Otelin hər otağı istirahət etmək üçün rahat mebel ilə təchiz olunmuş balkona sahibdir. Otaqlada müasir televizorlar, peyk antennası, şəxsi soyuducu vardır. Vanna otaqları duşla və lazımi kosmetik ləvazimatlar ilə təchiz edilib. Otelin bütün ərazisində pulsuz Wi-fi çalışır.
Bundan əlavə, qonaqlar otelin nəfis restoranını da ziyarət edə bilərlər. Burada Sizə geniş çeşidli menyu və “isveç stolu” formatında yeməklər təklif olunacaqdır. Eyni zamanda, otelin ərazisində müxtəlif mağazalar, barbekyu üçün yer və bar da vardır. Otel ərzaq məhsullarının çatdırılması xidmətini də təklif edir.
Otelin qonaqları burada darıxmayacaq. Burada kanoedə avar çəkmək, böyük və stolüstü tennis oynamaq olar. Bundan əlavə, çoxsaylı dəniz əyləncələri və mütəşəkkil şəkildə meşəyə və yerli diqqətəlayiq yerlərə ekskursiyalar da təşkil edilir. Bu cür istirahət Sizin sağlamlığınıza mükəmməl təsir göstərməklə yanaşı, həm də Sizə şəhər səs-küyünü unutmaq imkanı verəcəkdir.
Rahat və gözəl mühitə sahib olan “Atlant” oteli tam dəyərli ailəvi və romantik istirahət üçün son dərəcə uyğun yerdir.