“Palma” turizm kompleksi tam dəyərli istirahət etmək üçün heyranedici yerdir. Kompleks Azərbaycanın ən gözəl yerlərindən biri olan Nabran şəhərinin yaxınlığında, Xəzər dənizinin tam sahilində yerləşir. 6,5 hektar əraziyə sahib olan otelin bir hektarlıq sahəsində əsl təbii meşə yerləşir. Meşə unikal ağac növlərindən ibarətdir və öz təkrarolunmaz gözəlliyi ilə seçilir.
“Palma” kurortu sadəcə adi istirahət yeri deyil, bura Sizin sağlamlığınız üçün əsl hədiyyədir. Təmiz hava, dəniz suyu və ideal ekoloji şərait Sizə möhtəşəm təəssüratlar bəxş etməklə yanaşı, həm də Sizin bədəninizi sağlamlaşdıracaqdır.
Qonaqlarının qaldığı rahat və komfortlu kotteclər heyrətamiz gözəl ağaclar, fəvvarələr və güllərlə əhatə olunub.
Otelin ərazisində böyük restoran kompleksi yerləşir. Bura mağaza, 150 nəfərlik banket zalı, çayxana, kafe, diskoteka və 3 bar daxildir. Restoranda geniş çeşidli milli və Avropa mətbəxi təklif olunur. Oteldə yüksək Avropa standartlarına uyğun olaraq təchiz olunmuş 120 nəfərlik konfrans zalı mövcuddur. Azərbaycan, rus və ingilis dillərinə sinxron tərcümə xidməti də təflik olunur.
“Palma” turizm kompleksi şəxsi tennis kortuna, badminton, voleybol və basketbol meydançalarına da sahibdir. Kompleksin ərazisində stolüstü tennis üçün masa və bilyard otağı da yer almaqdadır. Sizin uşaqlarınızı isə xüsusi oyun meydançası sevindirəcək.
Otelin qonaqları ən müasir su təmizləmə sisteminə sahib olan, Almaniya və Türkiyədə istehsal olunmuş iki hovuzdan da istifadə edə biləcəklər. Böyük hovuz 275 m2, kiçik hovuz isə 220 m2 sahəyə malikdir. Hovuzların yaxınlığında akvapark və uşaq hovuzu da yer almaqdadır.