Nabran şəhərində dəniz sahilinin ən gözəl otellərindən biri olan Caspian Sea oteli yerləşir. Oteldən cəmi otuz metr məsafədə Xəzər dənizinin dalğaları ləpələnir.
Caspian Sea oteli öz qonaqlarına tam pansion sistemi üzrə xidmət təklif edir. Bura gündə üç dəfə yemək və həmçinin, badminton, mini fubol, stolüstü tennis, bilyard da olmaq üzrə əyləncə proqlamları daxildir. Eyni zamanda, qonaqlar hovuzlardan, qamaklardan və stolüstü oyunlardan da sərbəst şəkildə istifadə edə bilərlər. Diskotekalara və axşam saatlarında keçirilən tədbirlərə giriş pulsuzdur. Bundan əlavə, oteldə daima animatorlar çalışır.
Caspian Sea oteli özəl çimərliyə, fitnes mərkəzinə və tennis kortuna sahibdir. Eyni zamanda, burada velosiped bazası da mövcuddur. Otelin yaxınlığında son dəbə uyğun Sunset Beach disko barı yerləşir. Qonaqlar əlavə ödəniş qarşılığında skuterlərdən, çəmaşirxanadan və masaj kabinetindən də istifadə edə bilərlər.
Otel otaqlarının hər birində qonaqları düz ekranlı televizor, yemək masası, kondisioner, kiçik terras, mini bar və qonaq zonası gözləyir. Otaqların pəncərələri möhtəşəm dəniz mənzərələrinə açılır. Vanna otaqlarında isə qonaqlar üçün xalatlar və lazım olan bütün tualet ləvazimatları vardır.
Otel Bakının dəmiryol vağzalından iki yüz kilometr, beynəlxalq hava limanından isə yüz doxsan yeddi kilometr məsafədə yerləşir.