Azərbaycanın
Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları yerləşir. Burada tənəffüs
orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Duzdağ mağaraları 1173
metr hündürlükdə və komfortlu rahat oteldən cəmi iki kilometr məsafədə yerləşir.
Fizioterapiya
mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə Duzdağın
bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisndə yerləşir. Yeraltı hissə isə
dağda 300 metrədən artıq dərinlikdə yerləşir. Yaxınlıqda isə duz mədənlərinin
ikinci əsas dağ sexinə giriş yerləşir. Kompleksin oteldə yerləşən yerüstü hissəsi
kitabxana, kafe və rahat otaqlar ilə təchiz olunub. Kompleks ümumilikdə 128 nəfər
qonaq qəbul etmək imkanına sahibdir.
“Duzdağ”
otelinin nəzdində fəaliyyət göstərən sanatoriya qonaqlara tam tibbi müşaiyət təklif
edir. Burada müxtəlif tibbi istiqamətlər üzrə yalnız diplomlu mütəxəssislər
çalışır. Eyni zamanda otaqların və ərazinin gündəlik təmizlənməsi və gecə-gündüz
mühafizə də Sizin xidmətinizdədir.
Sizin
ailənizlə birgə tam dəyərli istirahət etməniz üçün burada müasir akvopark və
basketbol, voleybol, futbol da daxil olmaqla müxtəlif idman meydançaları vardır
. Oteldə Sizin üçün qapalı və açıq hovuzlar və tennis kortları da fəaliyyət
göstərir. Bundan başqa, kompleksdə idman və fitnes zalı da mövcuddur.
Böyüklər
üçün tam spleoterapiya kursu 16-20 seans təşkil edir. Uşaqlar üçün isə 10-15
seans kifayət edir. Lazımi seans sayı bilavasitə xəstənin vəziyyətindən ve onun
fərdi xüsusiyyətlərindən asılıdır. Mədəndə spleoterapiyadan başqa, bizim tibbi
kompleks lazım gələrsə tibbi preparatlar, fizioterapiya proseduraları, masaj
seansları və müalicə idmanı vasitəsilə də xəstələrin müalicəsini həyata keçirir.
Ancaq biz dərmanlardan istifadə etməməyə çalışırıq. Əgər sanatoriyanın qonağı
hormonal dərman preparatları qəbul edirsə, bu preparaların qəbulu sayı tədricən
azalır.
Naxçıvanın
“Duzdağ” fizioterapiya mərkəzinin bənzər sanatoriyalardan fərqli xüsusiyyəti, bizim mədənlərin üfqi səthdə yerləşməsidir. Onlar, sanatoriyaya yeni qonaqlar qəbul etməkdən
öncə mütləq şəkildə adaptasiya edilir. Bizim mədənlərdə allergen və mikroblar demək
olar ki tamamilə yoxdur. Burada təbii havalandırma fəaliyyət göstərir.
Naxçıvan
MR “Duzdağ” fizioterapiya mərkəzinə yalnız respublikanının bütün guşələrindən
deyil, həm də xarici ölkələrdən müalicə olmaq istəyən insanlar gəlir. Biz
Rusiya Federasiyasından, Gürcüstandan, Türkiyədən, İrandan, Orta Asiya və başqa
ölkələrdən gələn qonaqları uğurla qəbul edirik.
Bizim
bir neçə onillik təcrübəmiz onu göstərir ki, müxtəlif ağırlıq dərəcəli bronxial
asma xəstəsi olan böyüklərdə yaxşılaşma faizi 80-86% təşkil edir. Uşaqlarda isə
bu nəticə 96-98% təşkil edir. Prosedurlar xəstədə yalnız boğulma tutması
olmadığı anlarda həyata keçirilir. Remissiya dövründə də müalicə aparmaq
mümkündür. Sanatoriyanın mədənlərdə müalicə olunan qonaqlarında, təyin edilmiş
proseduraların nəticəsi olaraq artıq müalicənin üçüncü günü hiss olunacaq dərəcədə
müsbət təsir qeyd olunur. Eyni zamanda xəstələrdə bəlğəm ifrazatı azalır,
boğulma tutmaları isə aradan qalxır. Ağ ciyərlərdə həm quru, həm də yaş xırıltı
tədricən aradan qalxır, tutma hallarının ağırlığı isə vaxt keçdikcə azalır. Xəstəliyin
ağırlığından asılı olaraq müalicəvi mədənlərdə ildə bir və ya iki dəfə kurs
keçmək tövsiyyə olunur. Bəzi hallarda isə 3 il ərzində mədənlərə mütəmadi
olaraq gələrək müalicə keçmək lazımdır.
Spleoterapiya
tənəffüs orqanları xəstəliklərindən sağalmaq üçün çoxdan bəri effektiv metod kimi
qəbul olunur. Ancaq xəbərdarlıq etmək lazımdır ki, spleoterapiyanın xəstəyə əks
göstəriş olduğu hallar da mövcuddur. Müalicəvi effekt şaxtalarda mövcud olan
spesifik iqlim sayəsində əldə edilir. Vacib amillərdən biri də burada allergenlərin
yoxluğudur.
Uşaqlar
üzərində spleoterapiya ilə müalicənin effektivliyi artıq müalicənin 4-5-ci günü
özünü biruzə verir. Böyüklər üzərində müalicənin effektivliyi bir az fərqlidir.
Xəstəliyin yüngülləşməsi xəstənin ilkin vəziyyətindən asılı olaraq müxtəlif şəkillərdə
baş verir. Bəzi xəstələr müalicənin artıq ikinci həftəsi, bəziləri kursun bitməsindən
dərhal sonra, bəziləri isə kursdan bir ay sonra yaxşılaşma hiss edir. Adətən bu
öskürək tutmalarının sayının azalmasında və onun gücünün zəifləməsində özünü biruzə
verir. Uşaqlarda bir həftədən sonra boğulma halları çox vaxt tamamilə aradan
qalxır. Müalicə kursunun sonunda xəstənin qanıda olan yüksək leykosit-eozonofil
miqdarı azalır. Eyni zamanda bəlğəmdə də eozonofil səviyyəsi aşağı enir. Eritrasitlərin
çökmə sürəti normallaşır. Bronx yolları nəzərə çarpacaq dərəcədə təmizlənir,
çox zaman ağ ciyərlərin bir dəqiqəlik tənəffüsü da normallaşır. Xəstələr sərbəst
nəfəs almağa başlayır. Onların nəbzi normallaşır və ya taxikardiya tutmaları
hiss olunacaq dərəcədə azalır. Əgər sistolik və diastolik qan təzyiqi yüksək
olubsa, o da normallaşa bilər.