Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

Qafqaz Riverside Resort Hotel

Rayon:
Azərbaycan
Qəbələ
Xüsusiyyətlər
  • Təsvir:



    Mənzərəli Dəmiraparan çayının sahilində möhtəşəm dəbdəbəli QAFQAZ RIVERSIDE RESORT HOTEL yerləşir. Otel əzəmətli dağ zirvələri və heyranedici meşələr ilə əhatə olunub.

    Otelin ümumi sahəsi 2 250 m2 –dən artıqdır. Otelin ərasizi isə 16 hektar sahəni əhatə edir. Otel yeddi mərtəbəli əsas korpusa və bir neçə komfortlu kotteclərə bölünür. Otelin öz arxitekturası da maraq doğurur. Belə ki, bu, modern və avanqardın qarışığıdır. Bütün mebellər və interyer əşyaları xarici ustalar tərəfindən hazırlanmışdır.

    Qonaqlar, otelin 123 otağından birində yerləşdirilə bilər. Ümumilikdə isə oteldə 96 superior, 12 junior suit, 6 deluks suit, 4 dubleks suit və 5 kral suit tipli otaqlar vardır. Otaqların hər biri ən yüksək səviyyədə tərtib edilmişdir. Burada komfortlu yaşayış üçün lazım olan hər şey, həmçinin simsiz internet, mini bar, peyk antennası ilə quraşdırılmış müasir televizor, kondisioner və seyf vardır.

    Oteldə rahat ailəvi istirahət üçün ideal olan 38 kottec vardır. Kotteclərin hər biri ən tələbkar zövqə belə cavab verməkdədir. Bundan əlavə, kotteclər müasir amerikan mətbəxi ilə də təchiz olunub.

    Otel otaq xidməti, çəmaşirxana, qapalı avtomobil dayanacağı təklif edir.

    Otelin ərazisində ticarət mərkəzi, tibbi yadım məntəqəsi və yeməkxana da vardır.

    Eyni zamanda, oteldə gözəl restoran fəaliyyət göstərir. Burada qonaqları Azərbaycan mətbəxinin şah əsərləri ilə sevindirməklə yanaşı, həm də onlara Avropa mətbəxinin təamları təklif olunacaqdır. Qonaqlar öz arzusuna uyğun olaraq mövcud barlardan birinə və ya geniş çeşitli nəfis təamlar təklif edən orijinal şirniyyat guşəsinə də gələ bilərlər.

    Bundan əlavə, qonaqlar hər zaman mənzərəli bağda gəzişə, sauna və ya türk hamamından, açıq və qapalı hovuzlardan istifadə edə bilərlər. Oteldə müasir idman zalı, bilyard və oyun otaqları da fəaliyyət göstərir. Uşaqlar üçün isə təhlükəsiz oyun meydançası təchiz olunub.

    Oteldə işgüzar görüşmələr və iclaslar da keçirilə bilər. Bunun üçün oteldə 150 nəfərlik böyük konfrans zalı və danışıqlar və ya iş görüşmələri keçirmək üçün bir neçə 25 nəfərlik otaqlar da vardır.

  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

  • Əsas