Azərbaycanda sanatoriyaların və kurort otellərin
onlayn rezervasiya sistemi



  +99450 450-0018
        Onlayn dəstək

☰ Меню
ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 
 Bizimlə əlaqə
+99450 572-2000 
+99450 450-0018

info@azerbaijan-booking.com

 

ZİRVƏ OTELİ

Rayon:
Azərbaycan
Şahdağ
Xüsusiyyətlər
  • Təsvir:
    ZIRVE SHAHDAG oteli Şahdağ dağ xizəkçiliyi kurortunun tam ürəyində yerləşir.

    Bura təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda əbəs yerə ən gözəl yerlərdən biri hesab olunmur. Burada təmiz dağ havasından, möhtəşəm rəngarəng flora və faunadan və ilin hər vaxtı xoş iqlimdən həzz almaq mümkündür. Qış vaxtı burada havanın tempraturu -22 dərəcəyə yaxın olur. Bu bölgənin özünəməxsus qonaqpərvər mədəniyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Bütün bunlar Şahdağda ən yüksək Avropa səviyyəsinə malik olan müasir turizm komplekslərinin salınması üçün əlverişli şərait yaradmışdır. Burada dağ xizəkçiliyi həvəskarları üçün lazım olan hər şey, dağ yamaclarına qalxma, xizəkçilik məktəbi, mühafizə olunan avtomobil dayanacağı, pulsuz Wi-fi, xizəkçilik ləvazimatlarının icarəsi də mövcuddur.

    Kompleksin qonaqları üçün dörd asma kanat yolu fəaliyyət göstərir. Hazırda kompleksdə kürsülü və buqelli kanat yolları mövcuddur. Tezliklə qondolalı yollar da qurulub istifadəyə veriləcək. Gənc xizəkçilər üçün xalı yolu da açıqdır.

    Burada müxtəlif hazırlıq dərəcəsinə sahib olan xizəkçilər üçün müxtəlif xizək yolları mövcuddur. Şahdağda həm bu idman növünə yeni başlayan xizəkçilərin, həm də peşəkarların sürüşməsi üçün xizək yolları vardır. Eyni zamanda uşaqlar üçün də xizək yolu mövvcuddur. Hər bir xizək yoluna qar generatorları ilə xidmət edilir və bu da sürüşmə mövsümünün uzadılmasına və yamacların keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. 

    ZIRVE otelinin hər bir otağı klassik üslubda nəfis interyerə malikdir. Burada kondisionerlər, televizorlar və əlbəttə ki mini bar vardır. Vanna otağında isə qonaqları fen və kosmetika ləvazimatları da gözləyir.

    Otelin ərazisində nəfis Azərbaycan və Avropa mətbəxi təklif edən restoran vardır. Qonaqlara “isveç stolu” formatı üzrə doyumlu səhər yeməyi təqdim olunur. Lobbi bar isə qonaqlara daima sərinləşdirici içkilər təklif etməyə hazırdır.Oteldən Bakıya qədər olan məsafə iki yüz kilometrdən azdır.

    Beynəlxalq hava limanına isə təxminən dörd saata çatmaq mümkündür.

    RESTORAN VƏ BARLAR:

    Lezzet restoranı

    Bu restoran ənənəvi Azərbaycan mətbəxini təklif edir və burada, açıq havada möhtəşəm mənzərələrlərdən həzz alaraq bu mətbəxin təamlarından dadmaq olar.

    Nefes Grill 

    Manqalda bişirilən yeməklərin həvəskarı olan qonaqlar üçün mükəmməl yerdir. Restoran otelin üst qatında yerləşir və buradan möhtəşəm dağ mənzərəsi açılır.

    Rahat bar

    Rahat bar Sizə aperativ üçün və şam yeməyindən sonra mükəmməl geniş içki çeşidləri təklif edəcək. Buradan ətrafa möhtəşəm mənzərələr açılır.

    Tez Bazar

    Bu bar-restoran xizək liftlərinə nisbətən çox rahat bir yerdə yerləşir. Burada bolluca nahar və ya yüngül qəlyanaltı etmək mümkündür. Eyni zamanda burada qonaqlara geniş içki çeşidləri də təklif olunur.

    Kafe

    Burada, unudulmaz dağ mənzərələrinə sahib olan terrasda qonaqlar espresso qəhvəsinin dadına baxa bilərlər. Kafe xizək liftin bilavasitə yaxınlığında, dağ yamacının yanında yerləşir.

    DIGƏR XİDMƏTLƏR

    Pulsuz Wi-fi

    Otelin qonaqları pulsuz Wi-fi və pulsuz avtomobil dayanacağından istifadə edə bilərlər.

    Dağ xizəkçilik mərkəzi

    Mərkəzdə özəl dağ xizəkçiliyi məktəbi fəaliyyət göstərir. Təcrübəli təlimatçılar Andorradan olan peşəkar mütəxəssisin rəhbərliyi altında uşaqlara və böyüklərə sürüşməyi öyrədirlər. Burada xizəkçilik ləvazimatlarının icarəsi və əşyaların tam təhlükəsiz bir şəkildə saxlanıldığı mühafizə olunan soyunma otaqları da fəaliyyət göstərir.

    Zirve konfrans zalı

    Siz müasir konfrans mərkəzinin xifmətlərindən istifadə edə bilərsiz. Bura işgüzar görüşmələrin, müşavirələrin və konfransların keçirilməsi üçün ən müasir avadanlıqla təchiz olunub.

    ZIRVE uşaq klubu

    Burada Sizin uşaqlarınızın maraqlı və maarifləndirici asudə vaxt keçirməsi təmin ediləcəkdir. Təcrübəli pedaqoqlar rahat və təhlükəsiz bir şəraitdə otelin ən gənc qonaqlarının qayğısına qalacaqlar.

    Avtomobil dayanacağı

    Otelin qonaqlarına qapalı avtomobil dayanacağından istifadə etmək təklif olunur.

  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

  • Əsas